AZ

“Sərhəd” hərbi-idman oyunlarının bağlanış mərasimi keçirilib

Mayın 1-də Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində “Sərhəd” hərbi-idman oyunları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

 

AzEdu.az-a Elm və Təhsil Nazirliyindən bildirilib ki, tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə qalib komandaları təbrik edib və onlara uğurlar arzulayıb.



Bildirilib ki, Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümünə həsr olunmuş və ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 38 rayon üzrə 187 məktəbdən 875 şagird iştirak edib.



Komandalar "Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi", "Ləpirçilik", "Maskalanma", "Avtomatın sökülməsi və yığılması", "Tüfəngdən hədəfə atəş açmaq", "Sıra hazırlığı" və digər istiqamətlər üzrə bilik və bacarıqlarını nümayiş еtdiriblər.



Final mərhələsinin yekunlarına görə, Cəlilabad rayonunun “Ləkin” komandası birinci, Qusar rayonunun “Zeyxur” komandası ikinci, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun “Ümid” komandası isə üçüncü yeri tutub.



Sonda qaliblərə mükafatlar təqdim olunub, oyunlarda fəal iştirak etmiş komandalara isə həvəsləndirici hədiyyələr verilib.

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla