AZ

Rusiya aktivlərinin müsadirəsinə BELƏ CAVAB VERƏCƏK

Rusiya dondurulmuş aktivlərinin müsadirəsinə iki yolla cavab verə bilər.

 

Sfera.az bildirir ki, bu barədə “Reuters” agentliyi ekspertlərə istinadən məlumat yayıb. Agentlik qeyd edib ki, Moskva xüsusi hesablarda saxlanılan Qərb qiymətli kağızlarını müsadirə edə, eləcə də birjadan kənar aktivləri bloklaya bilər.

 

“Bu yolla Rusiya dondurulmuş aktivlərin müsadirəsinə cavab verəcək. Ən çox ehtimal olunan əks tədbirlərdən biri xarici investorların hazırda xüsusi hesablarında saxlanılan maliyyə aktivlərinin və qiymətli kağızlarının müsadirəsi olacaq. Bundan əlavə, hökumət hələ də dost olmayan ölkələrə məxsus olan qeyri-birja aktivlərinin bloklanması üçün tədbirləri nəzərdən keçirə bilər”, - materialda bildirilib.

 

Qeyd edək ki, Ukrayna savaşı başlayandan sonra Qərb ölkələri Rusiyanın 300 milyard dollardan çox aktivini dondurub. Bu statistikanı ABŞ Maliyyə Nazirliyi paylaşıb.

 

İndi Qərb Rusiya pulunu Ukraynaya vermək istəyir. Onlar xüsusi hesaba köçürüləcək və əldə olunan gəlir iqtisadiyyata yatırılacaq.

 

Günay

Seçilən
30
50
Mənbələr
Şərh ()
Bağla