AZ

Azərbaycan və Özbəkistan nəqliyyat sahəsində əməkdaşlıqda mühüm artım görür - Mikayıl Cabbarov

Bakı. Trend:

Azərbaycan və Özbəkistan nəqliyyat sahəsində əməkdaşlıqda mühümartım müşahidə edir.

Trend xəbərverir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkəndİnvestisiya Forumu çərçivəsində keçirilən "Uğura aparan birgə yol:Özbəkistan və Azərbaycan" mövzusunda keçirilən panel müzakirəsindəçıxışında deyib.

"Azərbaycan və Özbəkistan arasında nəqliyyat sahəsindəəməkdaşlıq iki il bundan əvvəl başlayıb. Qarşılıqlı anlaşma əldəetmişik və rahat daşınma şərtlərinin təmin olunması üçün xüsusitarif siyasəti tətbiq etmişik. Bu sahədə mühüm artım görürük - 300tondan çox yük avtomobil və dəmir yolu ilə daşınıb", - o deyib.

Nazir avtomobil istehsalı sahəsində əməkdaşlıq sahəsində birgəfəaliyyət barədə qeyd edərək, Özbəkistanın "UzAuto Motors"şirkətinin və Azərbaycanın "Azərmaş" avtomobil zavodunun rolunuvurğulayıb.

M.Cabbarov, həmçinin, Azərbaycan və Özbəkistan arasında birgəinvestisiya fondu çərçivəsində əməkdaşlıqdan bəhs edib.

"Özbəkistanda bu tərəfdaşlığa imkan yaradan həmkarlarmızaminnətdarlıq etmək istərdim, biz bunu yüksək qiymətləndiririk.Dünən nəzarət komitəsinin ilk iclasını keçirdik. Müxtəlif sahələrdə10-dan çox layihəni müzakirə etdik", - deyə o əlavə edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mrt ayları ərzində Azərbaycanvə Özbəkistan arasında əmtəə dövriyyəsi 142 milyon ABŞ dollarıtəşkil edib. İki ölkənin iqtisadiyyatı yaxın illərdə qarşılıqlıticarətin 1 milyard dollara çatması üçün kifayət qədər potensialamalikdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
60
2
Mənbələr
Şərh ()
Bağla