AZ

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlandı

Bakı. Trend:

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiyaseçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib.Müəllimlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimininnəticələri ilə tanış ola bilərlər.

Trend xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsanResursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsiüzvü olmaqla 1348 nəfər müəllim iş yerini dəyişdirmək imkanıqazanıb. Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərininyoxlanılması prosesi həyata keçiriləcək.

Qeyd edək ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdansonra tutduqları vakansiyaya təyin olunacaqlar. Sənədlərinyoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsisəhifələrinə göndəriləcək.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla