AZ

Azərbaycanda multikultural dəyərlər yüksək qiymətləndirilir - Kamal Abdulla

Bakı. Trend:

Azərbaycanda bütün insanların bərabərhüquqlu yaşaması təminedilir. Azərbaycan multikultural dəyərlərini qoruyub saxlayır.

Trend-in məlumatına görə, bunu Bakı Beynəlxalq MultikulturalizmMərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdulla Bakıdakeçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuçərçivəsində “Müxtəlifliyin qorunması: multikultural dünyadaçağırışlar və qlobal əməkdalığın təşviq edilməsi” mövzusunda panelmüzakirələri zamanı deyib.

K.Abdulla bildirib ki, Azərbaycanda multikultural dəyərlər sondəcərə yüksək qiymətləndirilir.

“Bu, Azərbaycan dövlətinin apardığı siysətin tərkib hissəsidir.Ölkəmizin əsas məqsədi bütün konfessiyaların nümayəndələrinin,milli azlıqların nümayəndələrinin özlərini rahat, bərabər hissetməsidir. Azərbaycan Prezidenti bütün konfessiyalara eynimünasibət bəsləyir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla