AZ

"Bələdiyyə əcnəbilərlə müqavilə bağlaya bilər, lakin gizli yox"- deputat

Təbriz şəhərinin deputatı Əhməd Əlirzabeygi Tehran şəhəri bələdiyyə başçısının açıqlama vermədən Çinlə 2 milyard avro dəyərində gizli və qüsurlu müqavilə bağlamasını tənqid edib.

Tehran şəhəri bələdiyyə başçısı Əlirza Zakaninin bağladığı müqavilənin məzmunu bir media aktivisti tərəfindən ifşa olunandan sonra Tehran Şəhər Şurasının 28 aprel iclasında gərginlik yaşanıb.

İranın İslami Şura Məclisninin Şuraların İşləri Komissiyasının üzvü Əlirzabeygi həmin müqavilə barədə deyib: 

“Şəhər Şurası bələdiyyənin hərəkətlərinə nəzarət edir və digər nəzarət qurumları da bu hallara müdaxilə etməlidir. Lakin belə görünür ki, nəzarət qurmlarından qorxu yoxdur. 

Ona görə də kim harda qərarlaşıb, talamağı düşünür. Bu tərzlə ölkədə inkişaf olmayacaq”.

Xatırladaq ki, Əlirza Zakani bir sıra bələdiyyə müdirləri ilə ötən il 2 dəfə Çinə səfər edib. Lakin səfərinin məqsədləri barədə vaxtında hesabat vermədiyinə görə Şəhər Şurasında tənqidlərə məruz qalaraq hesabat verməyə məcbur olub. 

Zakani daşıma sektoru, zibillərin yandırılması, avtobus və taksilərin alışı və sair barədə 2 milyard avro dəyərində müqavilə bağlayıb. Müqaviləni tənqid edənlər yeyintilərə yol verildiyini bildirirlər. 

visiontv.az



Seçilən
41
Mənbələr
Şərh ()
Bağla