AZ

İnanılmaz faydaları ilə - ƏVƏLİK haqqında HƏR ŞEY!

Əvəlik xalq təbabətində geniş şəkildə istifadə edilən bitkilərdəndir. Sağlamolun.az bildirir ki, əvəlik xalq təbabətində öskürək, plevrit, bronxit, bronxial astma, qaraciyər və öd kisəsi, dəri xəstəlikləri, anemiya, qıcıqlanmış bağırsaq sindromu, ürəkbulanma və mədədə qıcqırma zamanı, eləcə də qurdqovucu vasitə kimi geniş tətbiq olunur.
Əvəliyin təzə yarpaqları və zoğlarının şirəsindən qarqara kimi istifadə edilməsi dişətinin iltihabını azaldır, qankəsici təsir göstərir. Yarpaqlarının yumşaldıcı və iltihab əleyhinə təsirlərinə görə bir çox dəri xəstəliklərində, döyənəklərdə islatma və vanna şəklində qəbul edilir. Qankəsici və sidikqovucu xüsusiyyətlərə malikdir və buna görə düşük təhlükəsi zamanı, həmçinin sistit, uretrit kimi xəstəliklərdə yaxşı səmərə verir, həmçinin iştahagətirici kimi geniş tətbiq olunur. Meyvələrinin dəmləməsi kolit və qastritin müalicəsində istifadə edilir.

Saglamolun.Az





Seçilən
55
1
Mənbələr
Şərh ()
Bağla