AZ

"Bu turnir gənc avarçəkənlər üçün böyük təcrübədir" - MOK rəsmisi

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu gün start götürən "Prezident Kuboku 2024" beynəlxalq reqatası barədə fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, o, yarışa marağın böyük olduğunu qeyd edib:

"Bu turnir gənc avarçəkənlər üçün böyük təcrübədir. İştirakçı ölkələrinin də sayının artması onu göstərir ki, turnirə maraq böyükdür. Yarışların təşkilatçılığı isə yüksək səviyyədədir. Ümumiyyətlə, son illərdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası çox gözəl işlər həyata keçirir. Bu baxımdan federasiyanın fəaliyyəti çox müsbət qiymətləndirilir. Federasiyanın səyi nəticəsində bu idman növü üzrə yarışlar Mingəçevirdə ənənəvi olaraq uğurla təşkil edilir".

"Prezident Kuboku 2024" beynəlxalq reqatasına mayın 3-də yekun vurulacaq.

Seçilən
95
Mənbələr
Şərh ()
Bağla