AZ

“Kirants böhran“ı böyüyür: Ermənistan polisi kəndə girişi bağladı

Ermənistanda vəziyyət gərgin olaraq qalır. News365.az xəbər verir ki, bu gün səhər saatlarından etibarən Tavuşun Kirants kəndində polislə etirazçılar arasında toqquşmalar olub. 31 nəfər vəhşicəsinə döyülərək saxlanılıb. Sputnik Armeniyanın yaydığı məlumata görə, polis hazırda Kirantsa  gedən əsas yolu bağlayıb və vətəndaşları kənd sakinləri istisna olmaqla əraziyə buraxmır.

Ermənistanda vəziyyət gərgin olaraq qalır. xəbər verir ki, bu gün səhər saatlarından etibarən Tavuşun Kirants kəndində polislə etirazçılar arasında toqquşmalar olub. 31 nəfər vəhşicəsinə döyülərək saxlanılıb. Sputnik Armeniyanın yaydığı məlumata görə, polis hazırda Kirantsa  gedən əsas yolu bağlayıb və vətəndaşları kənd sakinləri istisna olmaqla əraziyə buraxmır.

Ermənistan parlamentinin "Hayastan" fraksiyasından olan deputatı Qarnik Danielyan və Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan hadisə yerindən bəyanatlarla çıxış ediblər. Məlum olub ki, polis onları da kəndə buraxmayıb.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.

Tural


Seçilən
25
Mənbələr
Şərh ()
Bağla