- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bakıda sürücülər qayda pozaraq tıxaca səbəb olublar. Avtosfer.az xəbər verir ki, hadisə Vaqif prospektində baş verib. Belə ki, sürücülər yolayrıcında tıxacın olduğunu görsələr də hərəkətlərinə davam ediblər. Bu zaman yolayrıcında qalaraq Səməd Vurğun küçəsi ilə hərəkət edən sürücülərin yolunu kəsiblər. Nəticədə yolda hərəkət dayanıb.
Qeyd edək ki, bu qaydanın pozulmasına görə sürücüləri 3 bal 80 manat cərimə gözləyir.
Fərid