AZ

Taksi sürücülərindən UBER-ə qarşı iddia

İngiltərədə 11 minə yaxın taksi sürücüsünün 2012-2018-ci illər arasında Londonda taksi rezervasiya qaydalarını pozduğu səbəbilə Uber-ə qarşı iddia qaldıracağı bildirilib.

News24.az xəbər verir ki, İngiltərə mətbuatında yer alan xəbərə görə, Uber-in 2012-ci ilin may-2018-ci ilin mart ayları arasında paytaxt Londondakı fəaliyyəti ilə bağlı bu gün Ali Məhkəmədə qrup davası açılacaq.

“UBER QAYDALARI POZUDU”

Təxminən 11,000 taksi sürücüsü iddia edir ki, Uber ictimai nəqliyyat sisteminin operatoru Transport for London-u taksi sifarişi sistemini necə işlətdiyi barədə yanlış məlumatlandırıb və buna görə də şəxsi icarəyə lisenziyalaşdırma qaydalarını pozub.

HƏR SÜRÜCÜ 25 MİN STERLİNQ ALACAQ

Case Management firması RGL Management, sürücülərin tələbinin ən az 250 milyon sterlinq dəyərində olduğu və hər taksi sürücüsünün təxminən 25 min sterlinq alacağı məlumatını paylaşıb.

Günel Məlikzadə


Seçilən
69
4
Mənbələr
Şərh ()
Bağla