AZ

Futbolçu gecə klubunda döyüldü

“Herta”nın yarımmüdafiəçisi Aymen Barkok arzuolunmaz vəziyyətə düşüb. O, Berlindəki gecə klublarından birində döyülüb.

“Bild” qəzetinin məlumatına görə, hadisə bazar günü saat 4.30-da baş verib. Üzündən bir neçə ağır zərbə alan Aymenin burnu və yanaq sümükləri sınıb. Mərakeş əsilli almaniyalı oyunçu əməliyyat olunub və hazırda xəstəxanadadı. Polis bu hadisəni araşdırır, “Herta” isə sosial şəbəkələrdə bəyanat yayıb.

Barkok 2-ci bundesliqa təmsilçisi “Herta”da icarə əsasında çıxış edir və müqavilə ilə “Maynts-05”ə məxsusdu. 25 yaşlı futbolçu bu mövsüm 27 oyuna çıxıb və 2 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla