AZ

Avtobus dayanacağı, yoxsa satış məntəqəsi? - FOTO

Bakı şəhərində bəzi avtobus dayanacaqları təyinatı üzrə istifadə olunmur. Nəticədə hərəkət iştirakçıları problem yaşamalı olurlar. Avtobuslar nəzərdə tutulan yerdən kənarda dayanmalı olur, sərnişinlər isə birbaşa hərəkət zolağına çıxmalı olurlar. 

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə şikayət yazılıb.

Qeyd olunub ki, artıq iki həftədən çoxdur Nərimanov rayonu, Təbriz küçəsində avtobus dayanacağında duran avtomobil alça, çiyələk satmaqla məşğuldur. Amma bunu nə görən, nə də tədbir görən var.

Fotonu təqdim edirik:

Əzizə İsmayılova

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla