AZ

Türkiyə avarçəkəni: “Prezident Kuboku” turniri həyəcanlı və maraqlı keçir

Türkiyə

Bakı, 2 may, AZƏRTAC

“İlk dəfədir “Prezident Kuboku” reqatasında iştirak edirəm".

AZƏRTAC xəbər verir ki, bu sözləri avarçəkmə üzrə "Prezident Kuboku 2024” beynəlxalq reqatasının ilk günündə 2006-2007-ci il təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə kayak yarışında gümüş medal qazanan Türkiyə təmsilçisi Naci Oğuzhan Baydemir deyib.

İdmançı hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, yarışın həyəcanlı və maraqlı keçdiyini bildirib: "Rəqibim yarışa məndən daha tez başladığı üçün saniyə fərqi ilə qızıl medalı əldən verdim. İkinci olduğum yarışda azərbaycanlı Amil Ramazanov bürünc medal qazandı. Onu təbrik edirəm. İndiki hədəfim isə 1000 metr məsafəyə yarışda birinci olmaqdır”.

Qeyd edək ki, “Prezident Kuboku-2024” beynəlxalq reqatası mayın 3-dək davam edəcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

 

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla