AZ

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Azərbaycanın Ukraynanın bərpasına dair iyunda keçiriləcək “sülh forumuna” qatılması doğru qərardır. Dövlətlər arasında dəstək qarşılıqlıdır. Misal üçün Prezident İlham Əliyev ukraynalı həmkarı Vladimir Zelenskini Bakıda noyabr ayında keçiriləcək iqlim dəyişikliyi ilə bağlı COP-29 konfransına dəvət edib. Zelenskinin bu tədbirə qatılacağını zənn edirəm. Bu Zelenski üçün növbəti tribuna ola bilər. Eyni zamanda Ukrayna da Azərbaycanın “sülh forumuna” qatılmasını istəyib və Bakıdan müsbət cavab alıb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun fikrincə, Azərbaycanın Ukrayna ilə bağlı tədbirə qatılması Rusiya ilə münasibətlərə xələl gətirməz:

“Birincisi, Azərbaycan istənilən məsələ ilə bağlı qərar verməkdə sərbəstdir, qərar verərkən Kremlə boylanmalı deyilik. Rusiyanın Azərbaycana təzyiq alətləri qalmayıb, separatizmə son qoymuşuq, Rusiya hərbi kontingenti ərazimizi tərk etmək üzrədir. Rusiyanın Ukrayna müharibəsi fonunda dost və tərəfdaş itirdiyi dövrdə Azərbaycanla tərəfdaşlığı davam etdirməsinə ehtiyacı var. Buna görə də Azərbaycanın Ukrayna ilə bağlı “sülh forumu”na qatılacağına görə Kreml ölkəmizlə əməkdaşlıqdan imtina etməyəcək.

İkincisi, Azərbaycan “sülh forumu”nda iştirak etsə də, toplantıda ölkəmizə aid mövzularün müzakirəsində iştirak edəcək. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu ölkəyə humanitar yardımı davam etdirəcək. Bu, Kiyev üçün kifayətdir. Elə Bakıda Ceyhun Bayramovla görüşən Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk da Azərbaycanı İsveçrədə keçiriləcək Sülh Sammitində iştirak edəcək mövzuları dəqiq sıralayıb. Bu, enerji təhlükəsizliyi və ərazilərin minalardan təmizlənməsidir. Bu, Azərbaycan üçün də əhəmiyyətli mövzulardır”.

Seçilən
41
2
Mənbələr
Şərh ()
Bağla