AZ

Quba RMX-da ağacəkmə aksiyası: 200-yə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib

Akademik Zərifə Əliyevanın 101 illik yubileyi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti ağacəkmə aksiyası keçirilib.

 

Bu məlumat Aztibb.az-a Xəstəxanadan verilib.

 

Keçirilən aksiyada Quba Rayon İcra Hakimiyyətinin başçısı, Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru, müavinlər, tibb və qeyri tibb heyəti iştirak edib.

 

İlk olaraq xəstəxana ərazisində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərin xatirəsinə yaradılmış abidə kompleksi ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb.

 

Keçirilən aksiya zamanı 200-yə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib, onlara aqrotexniki qulluq olunub.

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla