AZ

Norveçli səyyah: Azad edilən ərazilərdə mina problemi insanlar üçün təhdiddir

Azad edilmiş bir çox ərazilərdə aparılan yenidənqurma işlərinin artıq tamamlandığını görmək çox xoşdur.

APA xəbər verir ki, bunu bu gün azad edilmiş ərazilərə səfər edən Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un heyətində təmsil olunan səyyah Jorn Bjorn Augestad deyib. O, minalanmış ərazilərə səfər etdiyini, minaların mülki insanlar üçün təhdid olduğunu deyib.

“Üçüncü dəfədir ki, Azərbaycandayam, Qarabağa isə ikinci gəlişimdir. Axırıncı dəfə bir il əvvəl burada idim. O zaman çoxlu tikinti işləri gedirdi. Bu dəfə onların çoxunun tamamlandığını gördüm. Bir il ərzində bu qədər çox işin tamamlanmasını görmək çox xoşdur. Bir il əvvəlki səfərimiz zamanı minalanmış əraziləri də ziyarət etmişdik. Minalar həqiqətən də qorxuncdur. İnsanların minalarla bağlı öyrənmələri çox yaxşıdır. Dünyanın hər yerində minalar bir çox hallarda mülki insanlara təsir edir”, - norveçli səyyah bildirib.

Səma Əliyeva

Emin Babayev

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla