AZ

Samir Şərifov AİB-in illik toplantısında Azərbaycanın prioritetlərindən bəhs edib

Tbilisi. Trend:

Azərbaycanın Asiya İnkişaf Bankının (AİB) illik toplantısındakıprioritetlərindən biri COP29-a ev sahibliyi edəcək ölkə kimi mövqesərgiləməsidir.

Trend xəbərverir ki, bu barədə maliyyə naziri Samir Şərifov Tbilisidə Asiyaİnkişaf Bankının (AİB) illik toplantısının kuluarlarında deyib.

"Biz hər il AİB-in Rəhbərlər Şurasının ənənəvi illiktoplantısında iştirak edirik. Lakin ənənəvi olan təkcə toplantıdeyil, bu həm də iqtisadi əməkdaşlıq məsələləri üzrə kifayət qədərməhsuldar fikir mübadiləsinin aparıldığı müxtəlif seminar,konfrans, müzakirələr, dəyirmi masalardır.

Bu il həm də Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə kimimövqe sərgiləməsi prioritetlərimizdən biridir və bu səbəbdənAsiyada daha "yaşıl" gələcəyin inkişafı üzrə bir sıra panelmüzakirələrdə iştirak edəcəyik", - deyə o qeyd edib.

S.Şərifov vurğulayıb ki, Azərbaycan COP29-a ev sahibliyi edəcəkölkə olaraq toplantı iştirakçıları ilə İqlim Sazişinə üzvölkələrinin mövqelərinin yaxınlaşdırılmasında özünün roluna dairgörüşlərini bölüşməyi planlaşdırır. Bu, həmin sazişlər imzalananzaman qoyulan prinsip və hədəflərin reallaşdırılması üçündür.

Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantınınmövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİBprezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcədə, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxışedəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
42
50
Mənbələr
Şərh ()
Bağla