AZ

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaşı 345 manata qaldırıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, əsgərlərin burada maddi problem anlayışı yoxdur. Çünki əsgərin yeməyindən tutmuş bütün hər bir şeyi dövlət tərəfindən təmin olunur. Əsgərlərə müəyyən məbləğdə masada verilir. Amma sözügedən məbləğ həqiqətən çox azdır:

"Təbii ki, əsgərlər arasında siqaret çəkənlərdə var. Yəni bəzən əsgərin ürəyi başqa bir şey istəyə bilər. Mağazalarda əgər onu satırlarsa, bunu əsgərdə ala bilər. Bu kimi məsələlər var. Bir yandan deyə bilərik ki, əsgərin pula ehtiyacı yoxdur. Amma digər tərəfdən görünür ki, siqaret çəkən və özünə bir şeylər almaq istəyən əsgərin pula ehtiyacı var. Bu mümkündür. Elə əsgərlər var ki, ona valideynləri özünə pul göndərirlər".

Ekspertin sözlərinə görə, əgər Azərbaycanda şəxslər məcburi hərbi xidmətə çağırırsa əsgəri hər bir şey ilə təmin etməlidir. O, bildirib ki, əsgərlərin maaşlarına ciddi əl gəzdirilməlidir və onlara verilən məbləğ 345 manata qədər qaldırıla bilər:

"Bu gün əsərlərə verilən həmin səviyyədə olan maaş qəpik-quruş sayılır. Çox yerlərdə əsgərlərin maaşı özünə qalmır və müvafiq ləvazimatlara xərcləyirlər. Bu baxımdan onların maaşı ehtiyaclarını ödəyəcək qədər qaldırılmalıdır. Hesab edirəm ki, maaşın əsgərlərin özündə qalması üçündə ciddi nəzarət olmalıdır".

Sevda Səfərova

Seçilən
64
1
Mənbələr
Şərh ()
Bağla