AZ

“Promes işi” bağlandı, onun ekstradisiyası gözlənilir

Kvinsi Promes ilə bağlı növbəti xəbər yayılıb. Onun üçün Dubayda yol-nəqliyyat hadisəsinə görə açılan cinayət işi bağlanıb.

Dubay Prokurorluğu “Spartak”ın hücumçusu ilə bağlı işə xitam verildiyini bəyan edib. Bundan sonra niderlandlı futbolçunun ölkəsinə ekstradisiya ediləcəyi gözlənilir. Xatırladaq ki, Kvinsi iki cinayət işinə görə suçlanır. O, narkotik maddələrin qanunsuz daşınmasında iştiraka görə 6 illik həbs cəzasına məhkum olunub. Futbolçu daha əvvəl əmisi oğluna xəsarət yetirdiyi üçün ilyarım müddətinə azadlıqdan məhrum edilib. Lakin son illər vətəninə məlum səbəbdən getməyən Promes martın ortalarında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində saxlanılmışdı. 32 yaşlı futbolçu Niderland Prokurorluğunun istəyi ilə ayyarım ərzində Rusiyaya da qayıda bilmirdi. O, bir neçə il əvvəl Dubayda yol hərəkəti qaydalarını pozduğu üçün cəzasını bu il çəkməli olub.

Niderland Prokurorluğunun hadisəyə reaksiyası belə olub:
“Promes işi” bağlanıb? Kvinsi Promesin Niderlanda mümkün ekstradisiyası üçün Birləşmiş Ərəb Əmirliklərinin müvafiq orqanına müraciət etməliyik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla