AZ

Gürcüstanda inflyasiya açıqlandı

Gürcüstanda ötən ay illik inflyasiya 1,5% təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilib ki, ən çox nəqliyyat, mal və xidmətlərin qiymətləri artıb.

Məlumata görə, aprel ayında nəqliyyatın (11%), mal və xidmətlərin (9,6%), mehmanxana, kafe və restoranların (6,9%), spirtli içki və tütün məmulatlarının (5%) qiymətləri illik müqayisədə bahalaşıb.

 

Gözəl Həşimova

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla