AZ

"Borussiya"ya qarşı xüsusi hisslərim var"

Müqavilə əsasında "Mançester Yunayted"ə məxsus "Borussiya"nın futbolçusu Ceydon Sanço Çempionlar Liqasının yarımfinal mərhələsinin PSJ-yə qarşı (1:0) oyunundan sonra komandası haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, Sanço "Borussiya"ya xüsusi sevgisinin olduğunu deyib:

"17 yaşımdan bura gəlmişəm. "Borussiya" ilk gündən mənə köməklik göstərib. Mən həmişə bu klub və azarkeşlər üçün əlimdən gələni edirəm. "Sarı divar"ı görəndə meydana çıxıb səbirsizliklə oynamağı gözləyirsən. Bu komandaya qarşı xüsusi hisslərim var".

"Borussiya" və PSJ arasındakı cavab oyunu mayın 7-də keçiriləcək.
Seçilən
95
Mənbələr
Şərh ()
Bağla