AZ

“Hanı ziyalılar, niyə Paşinyan rejiminə qarşı çıxmırlar?” – Andranik Ovannisyan

“Ermənistanda etirazlar davam edir, lakin bu etirazların real praktiki nəticəsi görünmür. Paşinyan rejimi Ermənistan dövlətinin təhlükəsizliyinə yeni risklər və təhdidlər yaradacaq planını həyata keçirməkdə davam edirlər”.

KONKRET.az xəbər verir ki, bunu politoloq Andranik Ovannisyan Telegram kanalında yazıb:

“Ermənistanın müxalif ictimai-siyasi qüvvələrinə sualım var: Siz nə edirsiniz? Erməni torpaqlarını təslim edən Paşinyan rejiminin qeyri-qanuni hərəkətlərinin qarşısını almaq üçün hansı addımları atırsınız? Hanı ziyalılar, onlar sanki buxarlanıblar, necə ki İkinci Qarabağ mübarubəsində yerli-dibli itmişdilər.

Əgər bu hərəkətsizlik davam edərsə, o zaman heç kim Paşinyan rejimi ilə gizli sövdələşmədə ittiham olunduğu üçün inciməsin”.

Natiq Səlim,

KONKRET.az

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla