AZ

Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur?VİDEO

Paytaxtın bəzi iaşə obyektlərində nərə balığı müştərilərə ucuz qiymətə təklif olunur.

Xezerxeber.az-ın xəbərinə görə, 1 kilqoramı 80-110 manat arası dəyişən bu dəniz məhsulunun 200-300 qramı bir sıra kafe-restoranlarda 15-20 manat aralığındadır.

Hətta, bəzən bu qiymətə nərə balığı ilə yanaşı, digər qida məhsulları da daxil edilir.

Qeyd edək ki, sözügedən balıq növünün bişirilərək süfrəyə təqdim edilməsi də müəyyən zaman və əmək tələb edir. Bütün sadalanları nəzərə alsaq, o zaman menyuda təklif edilən balıq məhsulunun mənşəyi ilə bağlı müəyyən şübhələr yaranır.

Balıqçılıq üzrə mütəxəssis İlkin Novruzov deyir ki, hazırda nərə balığının satış qiyməti yüksək olduğundan bir çox restoranlar bu məhsulu menyularına daxil etmirlər. Mütəxəssis bildirir ki, müştərilərə aşağı qiymətə təklif olunan balıqlar ya xaricdən idxal olunan donmuş məhsullardı, ya da bu ad altında digər balıq növləridir.

Qida üzrə ekspert Seymur Qafarovun sözlərinə görə, hazırda restoran menyularında müştərilərin ən çox aldadılması halları dəniz məhsulları ilə bağlıdır. “Tora düşənlər” isə əsasən  nərə balığı arzusunda olanlardır.

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Xəbər Ertəsi”nə bildirib ki, belə aldadılma halları ilə bağlı birliyə çox müraciətlər daxil olur. Onun sözlərinə görə, ümumilikdə balıq məhsulları ilə əlaqədar məsələdə istehlakçı hüquqları daha çox pozulur.

Daha ətraflı videomaterialda:

Seçilən
55
8
Mənbələr
Şərh ()
Bağla