AZ

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb

Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Akif Aşırlı Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Fakültənin dekan müavini Samir Mirzəyev qonağı jurnalist-tələbələrə təqdim edərək, “Şərq” qəzetinin yeni dövr Azərbaycan mətbuatı tarixindəki yerindən bəhs edib. Belə səmimi ünsiyyətin tələbələrin qəzetçilik ənənələrinə olan marağının stimullaşdırılmasında mühüm rol oynayacağını bildirib.
 
Görüşün təşkilinə görə Universitet rəhbərliyinə minnətdarlığını çatdıran Akif Aşırlı tələbələrə mətbuat tarixinin maraqlı məqamları ilə bağlı məlumat verib, müstəqilliyin bərpasından sonra Azərbaycanda çap mediasının fəaliyyəti, inkişaf istiqamətləri haqqında danışıb.
 
Texnologiyanın inkişafı ilə əlaqədar çap mediasına marağın azalmasından bəhs edən Akif Aşırlı qəzetçiliyin yeni medianın tələblərinə uyğunlaşmasından, sosial media platformalarında qəzetin təmsil olunmasından söhbət açıb. Eyni zamanda tələbələri “Şərq” qəzetində yazılar dərc etməyə çağırıb.
 
Görüş interaktiv formada davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
 
Seçilən
47
2
Mənbələr
Şərh ()
Bağla