AZ

Arvadına xəyanət etdiyinə görə ona 52 min manat ödəyəcək - 3 ilin məhkəməsi bitdi - FOTO

Boşanmaq üçün ərizə ilə müraciət edən qadın məhkəməni udub.

Milli.Az haberler-ə istinadla bildirir ki, Samsunda ( Türkiyə ) yaşayan qadın ərinin xəyanətini öyrəndikdə onu məhkəməyə verib.

Həm rəfiqəsi, həm də dayısı yoldaşı ilə xəyanətə uğrayan qadın ərindən boşanmaq üçün məhkəməyə müraciət edib.

2021-ci ildə edilən müraciətlə bağlı son qərar ötən gün verilib. Qərarda qadına 1 milyon lirə ( 52 min manat ) təzminat ödənilməsi qeyd olunub.

Qeyd edək ki, məhkəmədə sübut kimi kişinin 326 gündə 828 dəfə telefonla danışması göstərilib.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
60
1
Mənbələr
Şərh ()
Bağla