AZ

Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb

Azərbaycan avarçəkəni Əlimurad Hacızadə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, idmançı bir nəfərlik kayakla 500 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayıb.

O, 2008-2009-cü il təvəllüdlü atletlərin mübarizəsində fərqlənib.

Qeyd edək ki, turnir mayın 3-də başa çatacaq. Reqatanın ilk günündə Suqovuşanda kayakda 200 metr məsafədə digər təmsilçimiz Amil Ramazanov (2006-2007-ci il) 3-cü olub.

Seçilən
63
6
Mənbələr
Şərh ()
Bağla