AZ

"Android" istifadəçilərinin nəzərinə: zənglərlə bağlı YENİLİK

"Google" şirkəti "Android" smartfonları üçün yeni funksiya təqdim edib. Belə ki, "Android" smartfon istifadəçiləri artıq telefon zəngləri zamanı animasiyalı emojilər göndərə bilərlər.

Bu barədə İqtisadiyyat.az "9to5Google" saytına istinadən xəbər verir.

Məlumata görə, telefon nömrəsini yığan zaman ekranda "Audio Emoji" funksiyası görünəcək. Yenilənmənin yaxın həftələrdə istifadəçilərə təqdim ediləcəyi gözlənilir.

Yenilik altı müxtəlif emojiye uyğun gələn audio-vizual effektlərdən istifadəni əhatə edir. Tərtibatçılar onun telefon danışığı prosesinə interaktivlik əlavə edəcəyini və onu daha müxtəlif və əyləncəli edəcəyini düşünürlər.

 

Gözəl Həşimova

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla