AZ

"WhatsApp"da kütləvi xəta - İstifadəçilər video göndərə bilmirlər

\"WhatsApp”ın son funksiyasında yaranan səhv istifadəçilərin video faylları göndərə bilməməsi ilə nəticələnib.

AZXEBER.COM xəbər verir ki, indiyə qədər edilən şikayətlər göstərir ki, səhv Android üçün WhatsApp tətbiqində yaşanır və iPhone istifadəçiləri problemdən təsirlənmir.

İstifadəçilər telefonun qalereyasından və ya Google Fotodan video göndərməyə cəhd etdikdə \"Bu video göndərilə bilməz. Fərqli video seçin və yenidən cəhd edin. Sizə xəbərdarlıq mesajı veriləcək\" - deyə problemlərlə rastlaşırlar.

WhatsApp 2.24.9.34 versiyasında baş verən və bəzi istifadəçilərə təsir edən bu xətanı aradan qaldırmaq üçün 2.24.8.85 versiyasını quraşdırmalısınız.

Digər tərəfdən, WhatsApp rəsmiləri istənilən vaxt xətanı həll edən bir yeniləmə buraxa bilər.

Mikayıl
Seçilən
54
Mənbələr
Şərh ()
Bağla