AZ

Azərbaycan həqiqətlərini birinci şəxsin dilindən məhz Bakıda eşitmək onlar üçün bir fürsətdir - ÖZƏL

"Qeyd etmək lazımdır ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi yüksək səviyyəli qlobal miqyaslı forumlar Azərbaycan üçün öz mövqeyini ifadə etmək baxımından əlavə fürsətdir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.
"Əgər bu forumlarda, bu tədbirlərdə Prezident İlham Əliyev şəxsən iştirak edirsə və orada çıxış edirsə, bu, bizim üçün üstün bir fürsətdir. Çünki cənab Prezident Azərbaycan dövlətinin, Azərbaycan xalqının mövqeyini, maddə-maddə ayrıntılarıyla çox lakonik bir şəkildə diqqətə çatdırır, izah edir. Yəni Azərbaycanla bağlı aparılan anti-təbliğatın bütün maddələri Prezident İlham Əliyevin çıxışları ilə darmadağın edilir. Çünki bizə davamlı şəkildə böhtan atılır, Azərbaycanın etmədiyi əməllər onun ayağına yazılır, Azərbaycanın gözdən salınması üçün kampaniyalar aparılır. Belə forumlara əlbəttə ki, dünyanın hər tərəfindən insanlar gəlir. Bunlar sadə insanlar deyil, öz ölkələrində, eyni zamanda da qlobal platformalarda söz sahibidirlər. Təbii ki, onların gəlməsi, iştirak etməsi və iştirak etdikləri zaman prezidentin dilindən Azərbaycan həqiqətlərini, Azərbaycanın mövqeyini eşitmələri çox vacibdir.
Sözügedən tədbirdə də cənab prezidentin çıxışına mən başdan sona qulaq asdım. Təbiidir ki, həmişəki kimi bu dəfə də çox mükəmməl bir çıxış, təqdimat oldu və burada Azərbaycanın bir dövlət olaraq maraq və mənafeləri olduqca yüksək səviyyədə diqqətə çatdırıldı. Yeri gəlmişkən deyim ki, indi o forum çərçivəsində gələn qonaqlar təbiidir ki, orada fikir mübadiləsi aparmaq, bir-birləri ilə danışmaq, müzakirə etmək imkanlarına malikdirlər. Eyni zamanda, cənab Prezidentin çıxışında səsləndirilən fikirlərin gerçəkdə necə olmasını da yoxlamaq imkanları var. Yəni onlar Azərbaycandadırlar, bizim ölkəmizdəki vəziyyəti öz gözləri ilə görürlər, mənimsəyirlər və təbiidir ki, cənab Prezidentdən də birbaşa ölkəmiz, ölkəmizin mövqeyi, elə yeri gəlmişkən, ən çox gündəmdə olan Ermənistan-Azərbaycan tənzimlənməsi ilə bağlı fikirlər, Qərblə Azərbaycan münasibətləri, türk dünyası ilə bağlı fikirlər bütün bunları eşitmələri onlar üçün bir əlavə fürsətdir. Azərbaycan həqiqətlərini birinci şəxsin dilindən məhz Bakıda eşitmək onlar üçün bir fürsətdir. Bizim üçün də fürsətdir ki, Azərbaycan dövləti öz mövqeyini belə rahat bir şəkildə bütün dünyaya çatdıra bilir. Bu tip qlobal forumların Bakıda keçirilməsi, yaxud da ki, Azərbaycanın rəhbərliyi altında keçirilməsi bizim üçün olduqca vacibdir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
Mənbələr
Şərh ()
Bağla