AZ

Parisdəki aksiyada toqquşma - 57 polis yaralandı 

Parisdə 1 May nümayişində aksiya iştirakçıları ilə polis arasında baş verən toqquşma zamanı 57 polis əməkdaşı yaralanıb. 

Ölkə.Az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Məlumatda deyilir ki, nümayişdən sonra 35 nəfər saxlanılıb. 

Hər il Fransanın hər yerində Beynəlxalq İşçilər Günü münasibətilə nümayişlər keçirilir. Rəsmilərin verdiyi məlumata görə, bu il bütün ölkə üzrə 340 aksiya qeydə alınıb və burada 121 min nəfər iştirak edib. Parisdəki aksiyada isə 18 min insan iştirak edib. 

Mürtəza
Ölkə.Az

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla