AZ

Aşağı büdcə ilə səyahət edə biləcəyiniz 10 Avropa şəhəri

Səyahət, əlbəttə ki, bahalı bir işdir. Amma məşhur inancın əksinə olaraq, Avropada aşağı büdcələrlə də çox gözəl şəhərlər görmək mümkündür. 

Valyuta.az Avropada aşağı büdcə ilə səyahət edə biləcəyiniz 10 şəhəri təqdim edir.

1. Krakov, Polşa

Polşanın ən qədim və ən böyük şəhərlərindən biri olan Krakov yüz illər boyu ölkənin elm, mədəniyyət və incəsənət mərkəzi olub. Krakov həm də keçmiş paytaxtı və tarixi əhəmiyyətinə görə “Polşanın ürəyi” adlandırılır. 

2. Budapeşt, Macarıstan

Macarıstanın paytaxtı Krakovdan daha bahalı olsa da, şübhəsiz ki, ziyarət ediləcək yerlər baxımından daha zəngindir.

3. Vilnüs, Litva

Litvanın paytaxtı Vilnüs Avropanın ən ucuz şəhərlərindən biridir. Ucuz qiymətlərə baxmayaraq keyfiyyətli xidmət əldə etmək mümkündür.

4. Praqa, Çexiya

Praqada qiymətlər əvvəlkindən qat-qat baha olsa da, hələ də belə gözəllik üçün kifayət qədər münasibdir.

5. Afina, Yunanıstan

Afina 1990-cı illərdəki ucuzluğuna yaxın olmasa da, hələ də sərfəli qiymətlərlə ziyarət edə biləcəyiniz bir şəhərdir. Dünyanın ən tarixi əhəmiyyətli abidələrinə ev sahibliyi etməyə davam edən şəhər mütləq görməli olduğunuz yerlər siyahısında olmalıdır.

6. Brügge, Belçika

Belçika ümumiyyətlə bahalı olsa da, münasib qiymətlərlə ölkənin füsunkar şəhəri Brüggeyə səfər etmək mümkündür. Bu, şəhərdə çoxlu hostellərin olmasından irəli gəlir.

7. Lvov, Ukrayna

Ukraynanın gecə həyatı ilə məşhur olan Lvov çox sərfəli qiymətlərlə ziyarət etmək mümkündür.

8. Berlin, Almaniya

Berlini çox ucuz ziyarət etmək mümkündür. Gecəsi orta hesabla 10 avroya çox təmiz, xoş və rahat hosteldə qalmaq mümkündür.

9. Riqa, Latviya

Latviyanın paytaxtı Riqa Avropanın ən ucuz şəhərlərindən biridir. Getdiyiniz zaman xərclədiyiniz hər qəpiyə dəyəcək.

10. Lyublyana, Sloveniya

Sloveniyanın paytaxtı, 275 min əhalisi olan və ən böyük şəhər olan Lyublyana adı çox çəkilməsə də, Avropanın ən gözəl şəhərlərindən biridir.

Qeyd edək ki, sıralamanın şəhərlərin dəyəri və qiymətin ucuzluğu ilə əlaqəsi yoxdur.

Əvəz Həsənov

Seçilən
49
50
Mənbələr
Şərh ()
Bağla