AZ

Rus dilində danışan qadını ukraynalı ilə səhv salıb döydülər

Varşavada polşalı cütlük belaruslu qadını rusca danışdığına görə döyüb.

Publika.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Bildirilir ki, 6 ildir Polşada yaşayan belaruslu qadın rəfiqəsi ilə sakitcə rus dilində danışıb və bu, yaxınlıqda olan polşalı cütlüyün qeyri-adekvat reaksiyasına səbəb olub. Kişi və qadın əvvəlcə belaruslu qadını təhqir edərək, ondan ölkəni tərk etməyi və Ukraynayaya getməyi tələb ediblər. Tələblərinə məhəl qoyulmadıqdan sonra qadın belaruslu qadının üzünə tüpürüb, sonra isə saçından tutub. Bu zaman əri qızın üzünə zərbələr endirib. Hadisə yalnız bir neçə dəqiqədən sonra polisin köməyi ilə dayandırılıb. Bundan sonra belaruslu qadın kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Polşada miqrantların böyük əksəriyyətini ukraynalılar təşkil edir. Üstəlik, bəzi hallarda onlara münasibət kifayət qədər birmənalı deyil. Polşa hakimiyyəti ölkədə rusdillilərə qarşı ksenofobiyanın artmasına göz yumur.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla