AZ

Bakı prosesi və bu kimi platformalar svilisaziyalar arasında körpülər yaratmaq üçün mühüm vasitədir - UNESCO yanında daimi nümayəndə

Bakı. Trend:

Münaqişələrin, böhranların aradan qaldırılmasında dialoq çoxönəmlidir. Təəssüflər olsun ki, hazırda dünyada irqi ayrı-seçkilikkimi bir çox ciddi problemlərlə qarşılaşırıq, həll olunmamış birçox böhranlar, konfliktlər var.

Trend-in məlumatına görə, bunu Pakistanın UNESCO yanında daiminümayəndəsi səfir Asim İftixar Əhməd Bakıda keçirilən VI ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müxtəlifliyinqorunması: Multikultural dünyada problemlərin həlli və qlobaləməkdaşlığın təşviqi” adlı panel müzakirəsi zaman deyib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, bu münaqişələrin,böhranların həlli istiqamətində lazım olan addımlar atılmır.

“Bakı prosesi və digər bu kimi platformalar svilisaziyalararasında körpülər yaratmaq üçün mühüm vasitədir. Hər bir fərdinsəsini eşidərək, həmrəy olan qarşılıqlı inam şəraitindəyaşamalıyıq”, - deyə Asim İftixar Əhməd vurğulayıb.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Seçilən
60
1
Mənbələr
Şərh ()
Bağla