AZ

Bu, bir dövlətin işinə müdaxilə cəhdidir-Mübariz Göyüşlü- ÖZƏL

"Bu, bir dövlətin işinə müdaxilə cəhdidir. Əgər Gürcüstan hansısa qanun qəbul edir və ya etmək istəyirsə, parlament bu istiqamətdə müzakirələr aparırsa, bu, həmin ölkənin daxili məsələsidir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib:

"İstər xarici agentlər, istər agentura şəbəkəsi ilə bağlı parlament, dövlət, hökümət qanun qəbuluna zərurət görürsə, buna Qərbin müdaxilə etmək cəhdi və buna görə dövlətə təzyiq etmə cəhdləri yaxşı nəticələr verən  deyil. Buna  etiraz edən Qərb ölkələrinin özündə belə məsələlər çox sərt şəkildə tənzimlənir. Deyək ki, hansısa Qərb ölkəsində, Almaniyada, Fransada bir QHT rəhbəri olasan və xaricdən maliyyələşən bir layihə icra etməyə çalışasan, bu layihəni icra edən zaman  o ölkənin daxili işlərinə qarışasan və ya hər hansı rəylər verəsən, bu sənin üçün çətinliklərlə nəticələnə bilər. Yəni özlərində bu məsələləri çox sərt tənzimləyirlər, amma başqa ölkələrə gəldikdə onların belə məqamları müzakirə etməsini qınayırlar və sanksiyalarla hədələyirlər. Düşünürəm ki, Cənubi Qafqazda, onun aparıcı ölkələrindən olan Gürcüstanda sabitliyin və stabilliyin olması daha faydalıdır. Qərb bu məsələləri qarışdırmağa çalışmamalıdır. Azərbaycan da bu prosesləri yaxından izləməlidir. Cənubi Qafqazın ən güclü dövlətiyik və sabitlik bizim maraqlarımız daxilindədir. Onu pozmaq istəyənlərə qarşı biz də öz fikrimizi bildirə bilərik. Bütövlükdə Gürcüstan parlamentinin, xalqının ağıllı, müdrik qərarlar verəcəyinə və bu vəziyyətdən çıxacağına inanıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
47
Mənbələr
Şərh ()
Bağla