AZ

“ASAN xidmət”də Mərakeş memarlığı nümayiş etdirilir

2 may 2024-cü il tarixində 7 saylı Bakı “ASAN xidmət” mərkəzində “Mərakeş memarlıq irsi” adlı fotosərginin açılış mərasimi baş tutub.

Doğru.az xəbər verir ki, sərgi Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin təşəbbüsü ilə reallaşdırılır.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Mərakeşin Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Öncə rəsmilər ölkəmizin milli brendi olan “ASAN xidmət”in beynəlxalq arendakı naliyyətlərindən, bir neçə ölkədə bu təcrübənin tətbiqindən, eləcə də Mərakeşlə uğurlu əməkdaşlıqdan söz açıblar. Diqqətə çatdırılıb ki, sözügedən sərgi mərkəzlərdə xidmətlərdən yararlanan vətəndaşların Mərakeş barədə biliklərinin genişlənməsinə və mənəvi dünyalarının zənginləşməsinə imkan verəcək.

Sonra mərkəzin mərtəbələrində yerləşdirilmiş sənət əsərləri ilə tanışlıq baş tutub.

Sərgi çərçivəsində 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Mərakeş memarlığını əhatə edən sənət əsərləri bir həftə ərzində nümayiş etdiriləcək.

DOĞRU.AZ

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla