AZ

“Braqa” Juninyo üçün “Qarabağ”a 7 milyon avro təklif etdi

Portuqaliyanın “Braqa” klubu Azərbaycan çempionu “Qarabağ”ın braziliyalı hücumçusu Olavio Juninyonu heyətinə qatmaq istəyir.

Arena.az saytının əldə etdiyi məlumata görə, sözügedən klub artıq xeyli müddətdir bu transfer üzərində çalışır.

Daha öncə Portuqaliya təmsilçisi Juninyo üçün az məbləğ təklif etsə də, hazırda bu məbləğin 6-7 milyon avroya çıxdığı bildirilir. “Braqa” rəsmiləri bu transferi rəsmiləşdirmək üçün may ayının sonunda Bakıya gələcəklər. Onların “Qarabağ” rəhbərliyi ilə görüşdə yekun təkliflərini verməsi gözlənilir.

Qeyd edək ki, “Qarabağ” futbolçusuna 8 milyon avro qiymət qoyub. Ağdam təmsilçisi bu mövsüm bombardiri olan hücumçusunu bu məbləğdən aşağı qiymətə buraxmaq fikrində deyil.

Xatırladaq ki, Olavio Juninyo “Qarabağ”a 2023-cü ilin iyul ayında Portuqaliyanın “Çaves” klubundan 450 min avro müqabilində keçib. 27 yaşlı forvardın Ağdam klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. O, Azərbaycan çempionunun heyətində indiyə qədər 50 oyuna çıxıb, 27 qol vurub və 10 məhsuldar ötürmə müəllifi olub.

Tam adı Olavio Vieyra dos Santos Junior olan Juninyo karyerası ərzində “Fiqeyrense”, “Brazil Pelotas”, “Eştoril”, “Novorizontino”, “Atletiko Paranaense”, “Vila Nova” və “Portimonense” kimi klubların da formasını geyinib.

Xatırladaq ki, “Braqa” bu mövsüm Avropa Liqasının pley-off mərhələsində məhz “Qarabağ”la qarşılaşmış və Azərbaycan çempionuna məğlub olmuşdu. Ağdam klubu bu rəqibinə səfərdə 4:2 hesabıyla qalib gəlmiş, doğma meydanda 2:3 hesabıyla uduzsa da, növbəti mərhələyə vəsiqə qazanmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla