AZ

Gürcüstan Müstəqillik Gününün qeyd edilməsi üçün 2 milyon dollar ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Gürcüstan hakimiyyəti mayın 26-da Gürcüstanın Müstəqillik Gününü qeyd etmək üçün tədbirlərə 5,3 milyon lari (təxminən 2 milyon dollar) ayıracaq.

Banco.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Mayın 26-da Müstəqillik Gününün qeyd olunması 1918-ci ildə Noe Jordaniyanın başçılıq etdiyi Birinci Demokratik Hökumət tərəfindən Gürcüstanın müstəqilliyini elan etdiyi tarixə təsadüf edir. Gürcüstanın ilk demokratik respublikasının ömrü iki il yarım davam edib.

Bu tədbirlərin əsas hissəsi adətən Tbilisinin Azadlıq meydanında və Rustaveli prospektində keçirilir. Təkcə paytaxtda yox, regionlarda da müxtəlif konsertlər, teatr tamaşaları təşkil olunur.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla