AZ

Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 7 dəfə azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin birinci rübündə (yanvar-mart ayları) Azərbaycan 40.6 mln. ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Bu, illik müqayisədə 240.5 milyon dollar və ya 85.6% (6.9 dəfə) azdır. 

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Bildirilib ki, 2023-ci ilin eyni dövründə elektrik enerjisi ixracının ümumi dəyəri 281.1 milyon dollara bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla