AZ

Hindistan Ermənistana bu silahları satır - Adları açıqlandı 

Hindistanın Ermənistan və Yunanıstana silah sistemləri satdığı aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, Hindistan Ermənistana çoxlu raketlər, hava hücumundan müdafiə sistemi və İHA sistemləri, Yunanıstana isə “Türkiyə döyüş gəmilərinə qarşı istifadə üçün” raket sistemləri satır. 

Afinaya verilən sistemlərin NATO-da böhrana səbəb ola biləcək sistemlər olduğu və sözügedən silahların NATO döyüş təyyarələrinə kilidlənə biləcəyi də iddia edilir. 

“Financial Times”, “The Economist Times”, “Radio Free Europe”-in yaydığı məlumatlara görə İrəvana təkcə Hindistan deyil, İran da silah verir. Hindistandan başlayaraq İrandan Ermənistana uzanan dəhlizlə silah satışı ötən ilin aprelində imzalanmış üçtərəfli sazişlə təmin edilir. 

Mənbələr Ermənistanın Rusiya ilə münasibətləri pisləşdikdən sonra ənənəvi silah tədarükçüsü kimi Moskva əvəzinə Tehran və Yeni Dehliyə üstünlük verdiyini, Hindistandan Ermənistana göndərilən və Azərbaycana qarşı istifadə edilməsi planlaşdırılan silahlar arasında mobil personalın PUA əleyhinə sistemləri və 'Zen' adlı havadan müdafiə sistemləri olduğunu bildiriblər.

İrəvanın “Zen” sistemləri üçün Hindistana 41 milyon dollar , Yeni Dehlidən alınan 214 millimetrlik “Pinaka” yer-yer raket sistemləri üçün 260 milyon dollar ödəndiyi vurğulanır. 

Şeyla Səmiyeva 


Telegram kanalımız
Seçilən
27
2
Mənbələr
Şərh ()
Bağla