AZ

“Rusiya düşünməsin ki, o dayanmasa, biz dayanacağıq” – Makrondan cəsarətli açıqlamalar

Fransa Prezidenti Emmanuel Makron deyib ki, Rusiya işğalçı ordusu cəbhə xəttini yarıb keçərsə, Ukraynaya quru qoşunları göndərməyi nəzərdən keçirəcəklər.

“AzPolitika” xəbər verir ki, Fransa Prezidenti “The Economist” nəşrinə müsahibəsində, Ukrayna müraciət edəcəyi təqdirdə, oraya qoşun göndərməyi istisna etmədiyini deyib: "Fransa hərbi müdaxilələr həyata keçirmiş ölkədir. Bizə təhlükə yarada biləcək terrorla mübarizə üçün Saheldə(Afrika) bir neçə min əsgər yerləşdirdik. Biz bunu suveren dövlətlərin tələbi ilə etmişik. Əgər ruslar cəbhə xəttini yarsalar, əgər Ukraynadan müraciət olsa, hansı ki, bu gün belə deyil, biz qanuni olaraq özümüzə bu sualı verməli olardıq".

Onun sözlərinə görə, Rusiya daha da irəli getmək qərarına gəlsə, bütün Avropa liderləri bu sualı özlərinə verməli olacaqlar: “Düşünürəm ki, bunu istisna etmək, son iki ilin nəticələrindən dərs çıxarmamaq demək olardı. 2022-ci ilin yayında NATO sammitində hamımız tankların, uzaqmənzilli raketlərin, təyyarələrin tədarükünü istisna etmişdik. İndi isə biz hamımız bu prosesin içindəyik, ona görə də qalanları da istisna etmək düzgün olmazdı".

Fransa lideri Moskvanın onun bəyanatlarına reaksiyasına da toxunub: “Rusiyanın mənim sözlərimə aqressiv reaksiyası göstərir ki, bu, istənilən effekti verib. Düşünməsinlər ki, onlar dayanmasa, biz dayanacağıq”.

 Makronun sözlərinə görə, Avropa İttifaqına üzv bir çox ölkə Ukraynaya qoşun göndərmək ideyasını təsdiqləyib.

O qeyd edib ki, bir çox ölkə Fransanın bu məsələdə yanaşmasını başa düşür və düzgün hesab edir.

Qeyd edək ki, bundan öncə də Makron dəfələrlə bildirib ki, ehtiyac yaranarsa, NATO-ya üzv ölkələr Ukraynaya qoşun göndərməyi istisna etməməlidir. Çoxlu sayda NATO ölkəsi buna hazır olmadıqlarını desə də, Fransa başçısı eyni fikri təkrarlamaqda davam edir.

“AzPolitika.info”

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla