AZ

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib.

Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb.

Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarının və siyasi plakatların "Avroviziya-2024"ün salonunda nümayiş etdirilməsi tədbiri poza bilər.

Məlumat üçün əlavə edək ki, Qəzza zolağında davam edən müharibə fonunda təşkilatçıların bu qərarı İsveçdə və bir sıra Avropa ölkələrində müzakirələrə səbəb olub. Bununla bağlı gələn həftə İsveçdə silsilə etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
11
Mənbələr
Şərh ()
Bağla