AZ

Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi

Tovuzda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Natiq Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Rəşad Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Tovuz Rayon Məhkəməsində hakim Zaur Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Natiq Nağıyevə bəraət verilib.

Vəkil onu da bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs Birinci Qarabağ Müharibəsi qazisi, II dərəcəli əlildir.

Qeyd edək ki, hadisə 2022-ci ilin fevralında Tovuz şəhəri ərazisində qeydə alınıb. Belə ki, Tovuz rayon sakini Sərxan Alıyevin idarə etdiyi "Mercedes Benz" markalı minik avtomobili ilə, Natiq Nağıyevin idarə etdiyi "Mercedes Benz Ateco" markalı yük maşını toqquşub. Minik avtomobilinin sürücüsü S.Alıyev aldığı xəsarətlərdən Tovuz Mərkəzi rayon xəstəxanasında ölüb.

N.Nağıyev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla