AZ

Türkiyədə ağır yol qəzasında 16 nəfər yaralanıb

Türkiyənin Antalya şəhərində 2 avtomobilin toqquşması nəticəsində 16 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza Antalyanın Manavqat rayonunda baş verib.

Eyni aviaşirkətə məxsus iki nəqliyyat vasitəsinin toqquşduğu qəza zamanı maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq aşıb.

Bölgəyə çoxlu sayda jandarma, sağlamlıq və xilasetmə qrupları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanalara göndərilib.

Qəza ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
50
Mənbələr
Şərh ()
Bağla