AZ

“Prezident Kuboku”nun qalibi: “Olimpiya çempionu olmaq istəyirəm”

"Bu, çox gözəl hissdir”.

Bunu İdman.bizə “Prezident Kuboku” beynəlxalq reqatasında kayakla 500 m məsafəyə yürüşdə qızıl medal qazanan Azərbaycan idmançısı Əlimurad Hacızadə deyib.

2008-2009-cu il təvəllüdlülər arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxan yığma üzvü bildirib ki, yaşadığı hissləri sözlə ifadə etmək çox çətindir: “Bunun üçün eyni sevinci yaşamaq lazımdır. Çox şadam. Gələcəkdə Olimpiya çempionu olmaq istəyirəm. Bu il dünya çempionatı da keçiriləcək. Digər beynəlxalq yarışlarda da yaxşı nəticə göstərmək niyyətindəyəm".

Qeyd edək ki, reqatanın ilk günü Suqovuşanda kayakda 200 m məsafədə Amil Ramazanov (2006-2007-ci il) 3-cü olub.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla