AZ

“Dənizçilər”in qərarının “Forza Neftçi” ilə əlaqəsi yoxdu

"Səbail"in əsas azarkeş qrupu "Dənizçilər"in komandanın oyunlarını boykot etdiyini yazmışdıq.

Amma onlar 32-ci turun "Sabah" - "Səbail" matçında tribunada yer alıb. Bəs görəsən, nə dəyişdi? “Dənizçilər”in “Forza Neftçi” ilə eyni turda tribunalara qayıtması arasında səbəb-nəticə əlaqəsi varmı, yoxsa bu, sadəcə, təsadüfdü? Eyni zamanda qarışdakı oyunlarda tribunalarda olacaqlarmı? Bu sualları “Dənizçilər” azarkeş qrupunun rəhbəri Atif Rüstəmliyə ünvanladıq:

“Forza Neftçi”nin qərarından xəbərim olmayıb. Növbəti oyunlarda komandamıza dəstəyimiz davam edəcək. İlk “4-lüy”ə düşməyə azda olsa, ümüdimiz var. “Sabah”la oyunda şansımız çox idi. Təəssüf ki, yararlana bilmədik. Onlar vurdu, amma biz yox. Komandamız normal oynadı. Ötən il son turda elitada qalmağımız bəlli oldu. Bu il isə hədəfimiz mövsümü yuxarı pillələrdə bitirməkdi. Avrokuboklarada vəsiqə şansımız da olmuşdu. Gələn mövsüm daha güclü “Səbail” görəcəyik. Müddətsiz boykot idi. Məqsədimiz futbolçuları silkələməkdi. Avrokuboklara vəsiqə qazanmaq üçün futbolçuların əzmkar olmasını istəyirdik. Başqa heç bir səbəb yox idi. Şahin müəllim bizi ötən il liqada saxladı. Bu ildə ortalarda olsaq, qənaətbəxş saymaq olar. Gələn mövsüm hər şey qaydasında olacaq”.


ƏSƏD SEYİDOV
Seçilən
68
Mənbələr
Şərh ()
Bağla