AZ

6G sürəti sınaqda 100 Gbps-ə çatdı - 5G mobil telefonlarından 500 dəfə sürətli

Yaponiyada telekommunikasiya şirkətlərinin konsorsiumu yüksək sürətli məlumat ötürülməsi standartı 6G-ni dəstəkləyən dünyada ilk cihaz yaradıb. Avadanlığın sınaqları zamanı alimlər qəbuledici və ötürücü arasında təxminən 90 metr məsafədə 100 Gbit/s internet sürətinə nail ola biliblər.

Turkustan.az xəbər verir ki, bu barədə "LiveScience" məlumat yayıb.

Qeyd edilir ki, 100 Gbps sürəti bir saniyədə təxminən beş filmi full-HD ilə ötürmək üçün kifayətdir. Həmçinin ictimai məlumatlardan belə çıxır ki, 100 Gbps ABŞ-da T-Mobile şəbəkəsindəki smartfonlardakı orta 5G qoşulma sürətindən təxminən 500 dəfə yüksək sürətdir.

Cihaz qapalı və açıq havada sınaqdan keçirilib. Birinci halda 100 GHz diapazonu, ikincisində isə 300 GHz diapazonundan istifadə edilib. Sınaq 100 m yüksəklikdə aparılıb.

2019-cu ildə istifadəyə verilən 5G müasir simsiz rabitə standartıdır və demək olar ki, bütün yeni smartfonlarda istifadə olunur. T-Mobile-in ABŞ-da orta sürəti təqribən 204,9 Mbit/s, nəzəri maksimum 5G sürəti isə minimum 10 Gbit/s-dir. Alimlər artıq 6G-nin yaradılması üzərində işləyirlər. Bununla belə, infrastruktur inkişaf mərhələsindədir və bir sıra ölkələrdə yalnız 2030-cu illərin əvvəllərində tətbiq olunacaq.

"5G və 6G arasındakı əsas fərqlər onların işlədiyi elektromaqnit spektrinin tezlik diapazonlarıdır. Daha yüksək diapazonlarda işləmək adətən daha yüksək sürət deməkdir", deyə "LiveScience" əlavə edib./qaynarinfo.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
Mənbələr
Şərh ()
Bağla