AZ

Azərbaycanda yumurta ucuzlaşdı - SƏBƏB

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Hazırda Azərbaycanda yumurta istehsalında bolluq yaranıb.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib.

O qeyd edib ki, ölkədə 3 milyon daxili tələbat olsa da, istehsal 5 milyonun üzərindədir:

“Hazırda müəssisəmizdə kənd yumurtası istehsalı artıb. Bizim müəssisələrdə yumurtanın 360 ədədi 17 manatdan satılır. Azərbaycanın Rusiyaya ixrac potensialı da yüksəkdir. Yaxşı olardı ki, digər xarici bazarlara da çıxış əldə edək”.

Qeyd edək ki, bu ilin birinci rübündə Türkiyə, Azərbaycan və Belarus Rusiyaya 235 mln. ədəddən artıq ərzaq yumurtası tədarük edib. Ümumilikdə, 2024-cü ilin birinci rübündə Azərbaycandan Rusiyaya 28,1 mln. ədəd yumurta, Türkiyədən 12,6 mln. ədəd, Belarusdan isə 194,8 mln. ədəd yumurta daxil olub. Hazırda 6 Azərbaycan müəssisəsi və 21 Türkiyə şirkətinin Rusiyaya süfrə yumurtasının ixracına icazəsi var.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
57
2
Mənbələr
Şərh ()
Bağla