AZ

"Prezident kuboku"nda daha bir idmançımız medal qazanıb

Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan "Prezident kuboku" beynəlxalq reqatasının ikinci günündə akademik avarçəkmədə qaliblər müəyyənləşib.

İdman.biz xəbər verir ki, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində 1500 m məsafəyə yürüşdə Azərbaycan idmançısı da fərqlənib.

Yığma üzvü Nurlan Paşayev 2006-2007 təvəllüdlü idmançılar arasında gümüş medal qazanıb. O, finiş xəttini ikinci keçib.

Yarışda 20-dən çox ölkədən – Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan komandalar mübarizə aparır. “Prezident kuboku” mayın 3-də başa çatacaq.

Qeyd edək ki, bu gün kayakla 500 m məsafəyə yürüşdə Əlmurad Hacızadə (2008-2009-ci il) 1-ci olub.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla