AZ

Gözaltı qaralarının yaranma səbəbləri AÇIQLANDI

İnsanların bir çoxu gözaltı qaralarının olmasından narahatdır. Onlar gözaltı qaraları, əsasən, hər hansı bir xəstəliklə əlaqələndirirlər.

 

Bəs gözaltı qaraların yaranma səbəbləri nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Nigar Abdullayeva bildirib ki, gözaltı qaraların yaranmasının əsas səbəbi çox vaxt dermatoloji problemlərlə əlaqədardır.

 

“Gözaltı dərisi şəffaf olduğu üçün kapilyar dərmanlar tez hiss olunur. Gözaltının qaralması həmin kapilyarlarla bağlıdır. Bəzi xanımlarda isə o damarlar nisbətən qabarıq olduğu üçün onlarda gözaltı qaralar daha tünd rəngdə olur. Bu qaralmaların digər bir səbəbi isə yeyilən qidalar ilə əlaqədardır. Çox yağlı və duzlu qidalar qəbul etmək gözaltı qaraların çoxalmasına səbəb olan faktorlardan biridir. Stress və yuxusuzluq da gözaltı qaralmalarına və şişkinliyə təsirsiz ötüşmür".

 

Dermatoloq qeyd edib ki, həddindən artıq yorğunluq, kifayət qədər yatmamaq göz altında qaralar yaradır.

 

"Yuxusuzluq zamanı dəri solğunlaşır, nəticədə isə dərialtı tünd toxumalar nəzərəçarpacaq dərəcədə görünməyə başlayır. Bəzən allergik reaksiyalar və göz quruluğu da gözaltı qaraların yaranmasına təkan verir. Gözaltı qaraları müalicə etmək üçün ilk onun yaranma səbəbi müəyyən edilməlidir. Sırf dermatoloji problemdirsə, daha yüngül variantlarla ev şəraitində fərqli metodların tətbiqi mümkündür. Normal yuxu və istirahət rejiminin bərpası kimi üsullar vəziyyətin irəliləməsinin qarşısını alır. Bütün bunlara cavab verməyən gözaltı qaralmalar üçün lazer və işıq dolğusu ilə müalicə üsullarından istifadə edilir”.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
20
Mənbələr
Şərh ()
Bağla